Xəbərlər

Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qızıl medalı qazanıblar

18 oktyabr 2026 - 20:45 22

Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda qızıl medal qazanıblar.

 

Azərbaycan təmsilçiləri çıxışlarını 51,510 xalla tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Bu, millimizin turnirdə qazandığı ikinci qızıl mükafat olub.

 

Daha əvvəl fərdi proqramda çıxış edən Selcan Mahsudova 55,540 xal toplayaraq birinci yeri tutub.