Azərbaycan atletləri Avropa birinciliyini 9 medalla başa vurublar
19 oktyabr 2026 - 15:42 21
Azərbaycan atleti Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, 86 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 94 kiloqram çəkinin öhdəsindən gələrək ikinci olub. Təmsilçimiz təkanla qaldırma növündə bürünc medala yiyələnib. O, bu dəfə 115 kiloqram nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.
Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan 3 idmançımızın hər biri yarışı medallarla başa vurub. Buna qədər körpücük üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdı. Beləliklə atletlərimiz qitəmiqyaslı yarışda ümumilikdə 9 medal əldə ediblər.
Bənzər xəbərlər
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından ... Ətraflı
Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Dünya Kubokunda 4-cü olub
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran ... Ətraflı