2026 Paralimpiadasında "Bayraq Skandalı": Aİ və Ukraynadan Sərt Boykot Qərarı
19 fevral 2026 - 01:33 502
İtaliyada keçiriləcək Qış Paralimpiya Oyunları start götürməmiş böyük siyasi böhranla üz-üzə qalıb. Rusiya və Belarusun rəsmi dövlət rəmzləri ilə yarışlara qayıtması beynəlxalq miqyasda etiraz dalğası yaradıb.
"GORDON" nəşrinə istinadən, Avropa İttifaqının idman komissarı Qlenn Mikallef Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcəyini bəyan edib. Mikallef bu addımını Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) rusiyalı və belaruslu idmançılara öz milli bayraqları altında çıxış etmək icazəsi verməsi ilə əsaslandırıb. Komissar bu qərarı "qəbuledilməz" adlandıraraq, təcavüzkar tərəfin rəmzlərinin bərpasının idmanın prinsiplərinə zidd olduğunu vurğulayıb.
Aİ-nin idman məsələləri üzrə komissarı Qlenn Mikallef Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcəyini də açıqlayıb.
Ukrayna tərəfi də məsələyə həm idman, həm də diplomatik müstəvidə sərt reaksiya verib.
Ukraynanın gənclər və idman naziri Matvey Bednıy də ölkə rəsmilərinin Paralimpiya Oyunlarına getməyəcəyini bildirib. O, təşkilatçıların rusiyalı və belaruslu idmançıları milli bayraqlar altında yarışlara buraxmaq qərarını "biabırçı" adlandırıb və ukraynalı nümayəndələrin nə açılış mərasimində, nə də digər rəsmi tədbirlərdə iştirak edəcəyini vurğulayıb.
Ukrayna xarici işlər naziri Andrey Sybiqa isə qərarın həm mənəvi, həm də siyasi baxımdan yanlış olduğunu qeyd edib. Onun fikrincə, bu bayraqlar və himnlər Ukraynaya qarşı müharibə aparan rejimləri təmsil edir və onları törədilmiş cinayətlərdən ayırmaq mümkün deyil.
Nazir əlavə edib ki, müasir Rusiyada hətta Paralimpiya idmanı belə müharibə iştirakçılarının təbliği üçün istifadə olunur və belə bir sistemə beynəlxalq nüfuzlu platforma təqdim etmək təhlükəli siqnaldır.
Sibiqa Ukrayna səfirlərinə tapşırıq verib ki, akkreditə olunduqları ölkələrin hökumət nümayəndələri ilə danışıqlar aparsınlar və bu qərar ləğv olunmadığı təqdirdə açılış mərasimində iştirak etməməyə çağırış etsinlər.
Xatırladaq ki, 2022-ci ildən bəri tətbiq edilən qadağalar və "neytral status" rejimindən sonra BPK fevralın 17-də gözlənilməz qərar verib. Belə ki, 6-15 mart tarixlərində Milan və Kortina d'Ampessoda yarışacaq 6 Rusiya və 4 Belarus idmançısına "digər ölkələrin təmsilçiləri kimi" bütün hüquqlar tanınıb. BPK sözçüsü Kreyq Spens bildirib ki, bu idmançılar öz ölkələrinin formasını geyinə biləcək, bayraqlarını qaldıracaq və qələbə qazandıqda isə dövlət himnləri səsləndiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı