Xəbərlər

23 İyun – Beynəlxalq Olimpiya Günü

23 iyun 2016 295

Müasir Olimpiya Oyunlarının bnisi fransız maarıfçi baron Pyer de Kubertendir. 23 iyun 1884-cü ildə Sobron UniversitetindəKuberten tərəfindən təşkil edilən Beynəlxalq Paris Konqresində rəsmi olaraq Olimpiya Hərəkatı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması elan edilmişdir.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdır. Onun təklif etdiyi layihə bəyənilmiş və Beynəlxalq Olimpiya Komitəsinin 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Sessiya Olimpiya günü bayramını iyunun 17-dən 24-nə qədər olan müddətdə qeyd etməyi məqsədəuyğun saymışdır. Bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin yaradılması günü – yəni iyunun 23-də qeyd olunması idi.

Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində – Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunmuşdur. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış etmişdir. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır.