27-28 yanvar 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Fchain Corporation şirkətinin dəstəyi ilə Atletika üzrə 39-cu Qış Azərbaycan Çempionatı keçirildi
28 yanvar 2023 1631
Yarışın açılışında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti cənab Çingiz Hüseynzadə çıxış etdi və idmançılara uğurlar dilədi. Respublika Olimpiya Mərkəzində keçirilən yarışda idmançılar 60m, 200m, 400m, 800m,1500m, 3000m məsafələrə qaçış, 4x200m estafet qaçışı, üçtəkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışdılar. Sonda qaliblər mükafatlandırıldı.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı














