Azərbaycan karateçisi Tbilisidə keçirilən turnirdə gümüş medal qazanıb
10 yanvar 2026 - 23:27 521
Azərbaycan karateçisi Mədinə Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi beynəlxalq turnirdə gümüş medal qazanıb.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı çıxış etdiyi 5 yarışda rəqiblərinə şans verməyib.
Həlledici mərhələdə iranlı karateçiyə kiçik fərqlə məğlub olan idmançımız ikinci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı