“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci gününün turu keçirilib
09 yanvar 2026 - 21:03 432
Yanvarın 9-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turunun yarışı keçirilib.
Turnirin ikinci günündə iştirakçılar dağ xizəyinin slalom növü üzrə çıxış edərək yüksək nəticələr uğrunda mübarizə aparıblar.
Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner 1-ci yerə, Qazaxıstan idmançısı Dalel Talkunova 2-ci yerə, Gürcüstanlı idmançı Nino Thklauri isə 3-cü pillədə qərarlaşıb.
Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.
Qeyd edək ki, turnir yanvarın 11-ə qədər davam edəcək. Qarşıdakı günlərdə idmançılar slalom və qiqant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.
“Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan və Qazaxıstan Respublikalarından müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir.
Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edir.
Bənzər xəbərlər
Mediamızın Olimpiya məşəli
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev "Olimpiya dünyası" qəzetinin ... Ətraflı
Azərbaycan Avropa Olimpiya Akademiyalarının rəhbərliyində təmsil olunacaq
15–18 noyabr 2026-cı il tarixlərində Maltada Avropa Olimpiya Akademiyalarının (European ... Ətraflı
