“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub
11 yanvar 2026 - 11:28 595
Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 3-cü gününün yarışları keçirilib.
Turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında mübarizəyə qoşularaq birincilik uğrunda yarışıblar.
Yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci, bu ölkənin digər təmsilçisi Dalel Talkunova 2-ci, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə 3-cü yerə sahib olublar.
Qeyd edək ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak edib.
Yarışlarda ölkəmizi dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma təmsil edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı