3x3 basketbol idman növü üzrə Avropa çempionatında millimizin rəqibləri müəyyənləşib
11 avqust 2022 1054
Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq. Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.
Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı