Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
27 fevral 2026 - 19:11 536
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirində çıxış edəcək ölkələrin sayı açıqlanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından sorğusuna cavab olaraq bildirilib ki, turnir üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib.
28 aprel - 1 may tarixlərində keçiriləcək reqatada mübarizə aparacaq iştirakçı ölkələrin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl dördüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı