GUAM ölkələrinin komandası “Bakı–Xankəndi” veloturunda yarışacaq
27 fevral 2026 - 17:49 450
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” veloturuna qatılacaq komandaların sayı artıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından sorğusuna cavab olaraq bildirilib ki, iştirakçıların siyahısına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata - GUAM-a üzv ölkələrin kontinental komandası əlavə olunub.
Bununla da turnirdə çıxış edəcək komandaların sayı 20 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 16 kontinental komanda və Azərbaycan yığması olmaqla 25-ə yüksəlib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı