3x3 qadın millimiz "Paris-2024" yolunda tarixi uğurun bir addımlığında
14 aprel 2024 1220
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.
Yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.
Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib. Finaldakı rəqbimiz Polşa-Niderland oyununun qalibi olacaq.
Final görüşü Bakı vaxtı ilə saat 13:35 'də start götürəcək və CBC sport telekanalı vasitəsilə yayımlanacaq.
Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
