8 Noyabr - Zəfər Gününə həsr olunmuş atıcılıq turnirinə start verilib
03 noyabr 2023 1056
Bu gün Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan atıcılıq turnirinə start verilib.
Turnirin təşkilində əsas məqsəd Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, idmançılarda yarış təcrübəsi və ustalığı inkişaf etdirmək, həmçinin atıcılıq idman növünü gənclər arasında təbliğ etmək və ölkə üzrə kütləviliyini artırmaqdır.
Güllə və stend atıcılığı üzrə üç gün davam edəcək yarışlar atıcılıq idman növünə olan marağı artırmaq və perspektivli idmançıları üzə çıxarmaq baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, turnirdə fərqlənən idmançılar müvafiq qaydalara uyğun olaraq kubok, medal və diplomlarla mükafatlandırılacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı