"AAAF Xırdalan" regionda asan qələbə qazanıb
22 aprel 2023 773
23 aprel Şəki Olimpiya İdman Kompleksində 27-ci turun bağlanış oyunu baş tutub. "Olimpik Şəki" doğma azarkeşlər önündə, pley-off'a vəsiqə qazanmış "AAAF Xırdalan" basketbolçularını qəbul edib. Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən "AAAF Xırdalan" zəif rəqibi üzərində 113-79 hesablı asan qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Larri Robinson - 19 xal, 8 ribaund), "AAAF Xırdalan BK" (Deymon Makdouel - 23 xal, 4 ribaund)
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında sonuncu 28 -ci turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində "AAAF Xırdalan" müntəzəm mövsümü lider tamamlamış "Sabah" kollektivi ilə, paytaxt klubu "NTD" isə region təmsilçisi "Gəncə" ilə qarşılaşacaq
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
.jpeg)