Abdulla Qədimbəyli: “Vugar Gashimov Memoiral”ı beynəlxalq şahmat təqvimində ən güclü turnirlərdən biridir
13 dekabr 2022 1215
“Vugar Gashimov Memoiral”ı beynəlxalq şahmat təqvimində ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək turnirə 7 ölkədən elit şahmatçılar qatılacaqlar.
Bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək Azərbaycan çempionu və gənc şahmatçılar arasında dünya çempionu Abdulla Qədimbəyli deyib.
Rəqiblərin yetərincə güclü olduğunu deyən qrosmeyster bildirib ki, mükafatçılar sırasında yer almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm.
Superturnirin təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verdiyini bildirən Abdulla Qədimbəyli Azərbaycanın ilk Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir azərbaycanlının yaddaşında xoş iz buraxdığını qeyd edib.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı