ADBTİA Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib
26 fevral 2021 768
26 fevral – Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası anım mərasimi keçirib.
Onlayn formatda keçirilən tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın Elmi Şura üzvləri, ASAPES-SABAH qrupun tələbələri və tədrisi ingilis dilində aparılan proqramlar üzrə magistrantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Akademiyanın Mətbuat Xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev açıb və Xocalı soyqırımının xalqımızın tarixində ən kədərli günlərindən biri olduğunu qeyd edib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film təqdim olunub. Sonra söz tələbələrə verilib. Onlar ermənilərin bu qanlı cinayəti haqqında öz fikirlərini bölüşüblər.
Ardınca Akademiyanın rektoru Fuad Hacıyev tələbələrə qanlı yaddaşımız və qəhrəmanlıq tariximiz barədə danışıb. F.Hacıyevin Azərbaycan tarixinin keşməkeşli dövrləri barədə faktlarla zəngin söhbətini ADBTİA-nın əməkdaşlar və tələbələri böyük maraqla dinləyiblər.
Tədbirin sonunda rektor F.Hacıyev tələbələrin Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb.
Bənzər xəbərlər
Avropa çempionatından bir qızıl və bir bürünc medal
Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.
Azərbaycan Bilyard Federasiyasından verilən ... Ətraflı
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ... Ətraflı