Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12 noyabr 2026 - 00:08 15
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Adil Kazımlı Oyunların gümüş medalını qazanıb.
Yarışdan sonra təəssüratlarını bölüşən Adil Kazımlı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:
"Yarış çox mükəmməl təşkil olunmuşdu. Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medal nəsib oldu. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.”
İdmançı turnir ərzində keçirdiyi ən çətin qarşılaşmanın Tunis təmsilçisinə qarşı olduğunu bildirib. 3 raund davam edən gərgin mübarizənin son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazandığını qeyd edib.
Bənzər xəbərlər
Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ... Ətraflı
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
Azərbaycan taekvondoçusu Adil Kazımlı (-73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı