Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11 noyabr 2026 - 23:34 24
Noyabrın 12-də Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
Boksçumuz Gülər Hüseynova (51 kq) final görüşündə qüvvəsini sınayacaq. Dakar Ekspo Mərkəzdə keçiriləcək həlledici qarşılaşmada idmançımız Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. İdmançılarımızdan cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar.
Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə Oyunları gümüş medalla başa vurublar.
Bənzər xəbərlər
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə ... Ətraflı
Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ... Ətraflı