Xəbərlər

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub

06 oktyabr 2023 172

Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Birincilikdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edib.

Son yarış günündə çəkisi 67, 73, 81, 89, 96 və 109 kiloqram olan atletlər qaliblərin adına aydınlıq gətiriblər. 67 kiloqramda toplam 258 kiloqram (118+140) nəticə ilə Fuad Həsənov, 73 kiloqramda toplam 255 kiloqram (120+135) nəticə ilə Murad Əliyev, 81 kiloqramda toplam 248 kiloqram (115+133) nəticə ilə Hüseyn Heydərov, 89 kiloqramda toplam 260 kiloqram (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kiloqramda toplam 237 kiloqram (107+130) nəticə ilə Canəli Əsədov, 109 kiloqramda isə toplam 342 kiloqram (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Birincilik ölkənin şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunması baxımından da əhəmiyyətlidir.