AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
06 noyabr 2025 - 16:40 46
Noyabrın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AİJA-nın prezidenti Eldar İsmayılov, Milli Olimpiya Komitəsinin əməkdaşları, idman federasiyalarının nümayəndələri, Olimpiya mükafatçıları və idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov Assosiasiyanın yaranma tarixi, məqsədləri və ötən illər ərzində görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, AİJA bu illər ərzində idman jurnalistikasının inkişafında, beynəlxalq əlaqələrin qurulmasında və ölkəmizin idman uğurlarının təbliğində mühüm rol oynayıb.
Daha sonra AİJA-nın 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxışında AİJA-nın fəaliyyətini yüksək qiymətləndirib, Assosiasiyanın idman mediasının peşəkarlığının artmasına verdiyi töhfələri xüsusi vurğulayıb və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev də çıxışında idman jurnalistikasının inkişafında AİJA-nın rolundan bəhs edib və təşkilatın 30 illik fəaliyyətini medianın nailiyyətlərindən biri kimi dəyərləndirib.
Mərasimdə həmçinin 2024-cü ilin idman laureatları mükafatlandırılıb. təltif olunanlar arasında “Olimpiya dünyası” qəzeti də yer alıb. Qəzetimiz “İlin qəzeti” nominasiyasında qalib olub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Bənzər xəbərlər
Azərbaycanın veteran cüdoçusu üçqat dünya çempionu olub
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında ... Ətraflı
Azərbaycanın futzal millisi İslamiadadakı ikinci oyununda uduzub
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI ... Ətraflı










