Alfonso Dominqes növbəti qələbəsini qazanıb
31 may 2024 1221
Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. 92 kq çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.
1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Dominqes növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. Boksçumuz qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) Paris-2024-ə lisenziyaya sahib olmaqla, millimizin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı