Amin Yadigarlı qızıl medal, Rumil Cəfərli gümüş mükafat qazanıb
25 fevral 2023 2713
Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) 16-17 yaşlı gənclər arasında Karate1 Youth League turnirinin mükafatçıları olub. A.Yadigarlı qızıl medal, R.Cəfərli gümüş mükafat qazanıb.
Xatırladaq ki, bir gün əvvəl Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində mötəbər turnirin gümüş medalına sahib olub. http://az.karate.az/news/1519
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançının iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
