Anar Quliyev: MDB ölkələri arasında kamandan oxatma yarışını Xankəndidə keçirməyi planlaşdırırıq
25 avqust 2024 1244
Gələn il Azərbaycanda MDB ölkələri arasında kamandan oxatma yarışı keçirməyi planlaşdırırıq. Yarışlar Xankəndi şəhərində təşkil ediləcək. Bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişi rəmzi hadisədir.
Bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Federasiya rəhbəri AKOF-un qarşısında duran əsas hədəfləri açıqlayıb: “Hazırda məqsədimiz klubların sayını artırmaqdır. Çünki ölkəmizdə bu idman növü üzrə yaxşı potensial görünür. Əsas hədəfimiz kamandan oxatmanı yaşatmaq və inkişaf etdirməkdir. Buna görə də idmançılarımızın yaxşı nəticələr əldə etməsi üçün yüksək şərait yaradacağıq. Bu gün ölkəmizdə kamandan oxatmada təşkilatlanma bəlkə də yaxşı səviyyədə deyil. Amma istəyirik ki, Bakı ilə yanaşı, regionlarımızda da inkişafı təmin edək”.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı