Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
29 may 2024 1001

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında "Paris-2024"də iştirak hüququ verən "universal lisenziya" göndərib. Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Bu ölkəmizin qılıncoynatmada təmsil olunacağı ardıcıl 4-cü, ümumilikdə isə 5-ci olimpiada olacaq. Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.
İnanırıq ki, bu qərar ölkəmizdə son illərdə qılıncoynatmada müşahidə olunan inkişafın genişlənməsinə impuls verəcək və dünya birinciliklərinin gümüş və bürünc medalçısı Zərifə Hüseynovanın timsalında yeni nəsil qılıncoynadanların yetişməsində stimul rolunu oynayaraq qızların bu idman növünə cəlb olunması baxımından öz müsbət təsirini göstərəcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı