AOK prezidenti Spiros Kapralos BOK-un İcraiyyə Şurasına üzv seçildi
21 mart 2025 534
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasına Milli Olimpiya Komitələrini təmsil edən üzv seçildi.
2019-cu ildən BOK-un üzvü olan prezident Kapralos Yunanıstanın Kosta Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında yekdilliklə seçilib və 2025-2029-cu illərdə dörd il müddətinə vəzifələrini icra edəcək.
Spiros Kapralos bu nüfuzlu vəzifəyə seçilməsindən məmnun olduğunu bildirib. "Bu şərəfli vəzifəyə məni layiq gördükləri üçün həmkarlarıma minnətdarlığımı bildirirəm. Təkcə Avropa MOK-larının deyil, bütün dünyanın maraqlarına xidmət etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Spiros Kapralos qeyd edib.
AOK prezidenti çıxışına əlavə edərək deyib: "Əlbəttə ki, həmçinin mən Avropa Olimpiya Hərəkatının maraqlarını təmsil edəcəyimə zəmanət verirəm. Olimpizm ideallarını təbliğ etməyə davam etmək üçün seçilmiş prezident Koventri və İcraiyyə Şurasının üzv həmkarlarımla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm."
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı