Armand Duplantis 13-cü dünya rekordunu qırıb
13 avqust 2025 - 10:30 462
Dirəklə tullanmada isveçli Armand "Mondo" Duplantis Budapeştdə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu müəyyənləşdirib.
Mondonun yolu 2020-ci ilin fevralında başlayıb. O, Polşanın Torun şəhərində 6,17 metr tullanaraq, uşaqlıq kumiri Renaud Lavillenienin səkkizillik rekordunu yeniləyib.
“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o bildirib. Cəmi bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.
2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib (6,19; 6,20; 6,21 m) və həm qapalı, həm də açıq havada dünya çempionatlarında qızıl medal qazanıb.
2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.
“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o təkrar vurğulayıb.
2024-cü ilin aprelində 6,24 m, Paris Olimpiya finalında 6,25 m, üç həftə sonra Katovitsdə 6,26 m.
2025-ci ildə isə o, iki dəfə rekord qırıb: Klermon-Ferrandda 6,27 m, Stokholmda isə 6,28 m tullanıb
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı