ASAPES-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konsert olub
08 may 2023 261
“Heydər Əliyev İli” çərçivəsində mayın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Konsert Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Olimpiya çempionları, Akademiyanın rektoru Fuad Hacıyev, prorektorlar, professor-müəllim və inzibati heyət, həmçinin tələbələr iştirak edib.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri müxtəlif çalğı alətlərində və vokal sənəti üzrə Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət nömrələrlə çıxış ediblər.
Qeyd edək ki, konsert “Heydər Əliyev ili” çərçivəsində Akademiyada keçirilən müxtəlif silsilə tədbirlər siyahısına aiddir.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı