Atletimiz Yekaterina Ryabova Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 8-ci yerdə qərarlaşdı.
14 yanvar 2020 1021
13 yanvar tarixində fiqurlu konkisürmə idman növündə mübarizə aparan atletimiz sərbəst proqramda çıxış etmişdir. Yekaterina Ryabova iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə 8-ci yeri tutmuşdur.
Atletimizin uğurlu çıxışını Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Xanım İbrahimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izləmişdir.
Xatirladaq ki, Azərbaycan bu yarışlara ilk dəfə qatılmışdır.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı