Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandılar
03 iyun 2024 1047
İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.
İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş medal qazanıb. Bundan başqa, C.Vəlizadə 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü pillədə bitirib.
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü nəticə göstərib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı