Avarçəkmə üzrə Azərbaycan çempionatı start götürüb
03 sentyabr 2024 630

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə ölkə çempionatına start verilib.
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.
Qeyd edək ki, qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaqlar.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar
Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Bu barədə Azərbaycan Cüdo ... Ətraflı

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
50 kiloqram çəkidə ... Ətraflı