AVARÇƏKMƏ ÜZRƏ BAKI ÇEMPİONATI KEÇİRİLƏCƏK
12 iyul 2023 1159
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyul tarixində avarçəkmə üzrə Bakı çempionatı təşkil olunacaq. Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən yarışacaq. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaq. Yarışlar saat 17:00-dan etibarən başlayacaq. Bakı çempionatı bir gün davam edəcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı