Avarçəkmə üzrə “Prezident Kuboku-2026”nın paradı keçirilib
28 aprel 2026 - 18:21 310
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının paradı təşkil edilib.
Mingəçevir şəhərində, Heydər Əliyev prospektində keçirilən tədbirdə əvvəlcə rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Ardınca reqatada iştirak edən ölkələrin təntənəli yürüşü baş tutub. Komandalar düzüldükdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Prezident Kuboku 2026” haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, 20-dək ölkədən 100-dən artıq idmançının iştirak etdiyi reqata cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə olaraq aprelin 27-də Sərsəng su anbarından start götürüb. Yarışlar 29 aprel tarixində Suqovuşanda davam edəcək. 30 aprel – 1 may tarixlərində Mingəçevirdə final yarışları keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı