Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!
01 aprel 2023 858
Aprelin 21-i Avropa badminton ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Azərbaycan badmintonu tarixində ilk yaşanacaq. İlk dəfə Avropa badminton federasiyalarının prezidentləri bu idman növü ilə bağlı qitənin fəalliyət planını müzakirə etmək üçün ölkəmizdə bir araya gələcək.
21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir. Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik sayca 56-cı toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunacaq. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.
Xatırladaq ki, Bakı Avropa Badminton Konfederasiyasının ötən il Maltanın paytaxtı Vallettada baş tutan illik toplantısında 3 namizəd şəhər arasından mötəbər tədbirə ev sahibliyi etmək hüququ qazanıb.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı