Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb
21 iyun 2024 727
Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıb.
Muhəmmədəli Məmmədzadə yaşı 15-ə qədər olan atletlər arasında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
O, birdən qaldırma hərəkətində 120 kiloqramı ram edərək bürünc medala layiq görülüb. Təkanla qaldırmada 146 kiloqramı başı üzərinə qaldıran idmançı bu hərəkətdə gümüş mükafat əldə edib.
M. Məmmədzadə toplam 266 kiloqram (120+146) nəticə ilə yekun sıralamada isə 3-cü olub.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 415 (198 qız + 217 oğlan) atlet qüvvəsini sınayır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı