Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıblar
27 iyun 2025 - 21:15 833
Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.
Yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.
Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (-50 kiloqram), Rəsul Əlizadə (-55 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kiloqram) gümüş, Gülşən Hüseynova (-44 kiloqram) və Leyla Ələkbərova (-48 kiloqram) bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı