Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar
21 aprel 2026 - 22:20 251
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
130 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnıvetskiyə məğlub olub - 1:3.
Bu gün xalça üzərinə çıxan güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, sabah yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda yarışacaqlar.
Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı