Avropa çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala vəsiqə qazanıb
21 aprel 2024 669
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.
Yarışın dördüncü günündə Azərbaycan millisinin 3 üzvü mərhələ adlayıb.
Nəbi İsgəndərov (67 kiloqram) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.
Malik Həsənov (63,5 kiloqram) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.
Sərxan Əliyev (71 kiloqram) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 24-də olacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı