Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazanıb
08 aprel 2025 437
Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
İslam Bazarqanov (57 kiloqram) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kiloqram) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb. Kənan Heybətov (70 kiloqram) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabı ilə məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı