Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
16 aprel 2026 - 19:00 385
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha bİr medal qazanıb.
Yarışların ilk günündə Turan Bayramov mükafatçılar sırasında yer alıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gələrək bürünc medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək bürünc medal qazanmışdı.
Beləliklə, cüdoçularımız ilk yarış gününü iki bürünc medalla başa vurub.
Aprelin 19-dək davam edəcək Avropa çempionatında 15 cüdoçumuz mübarizə aparır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı