Xəbərlər

Avropa çempionatı: Gənclərdən ibarət qrup komandamız beş iplə proqramını təqdim edib

17 may 2023 244

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında beş iplə proqramını təqdim edib.

Gənc gimnastlardan ibarət komandamızın çıxışı 29,450 xalla qiymətləndirilib. Komandamız hazırda ikinci pillədə qərarlaşıb. Təsnifat mərhələsinə 30,450 xalla Bolqarıstan komandası liderlik edir. İlk üçlüyü almaniyalı gimnastlar qapayırlar – 27,850 xal.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.