Stolüstü tennisçimiz Belçikada medal qazanıb
24 aprel 2024 1145
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına yüksəlib. Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3-0 hesabı ilə qalib gələrək pley-offa lider kimi adlayıb. 1/8 finalda belçikalı Noa Varranda 3-1, ardınca ispaniyalı Ladimir Mayorova 3-2 hesabı ilə qalib gələn Onur yarımfinalda fransalı Nolan Constona 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib. Qeyd edək ki, bu, istedadlı idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı