Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb
24 aprel 2024 978
Azərbaycan və Gürcüstanın Voleybol federasiyaları arasında memorandum imzalanıb.
Ötən gün qadın voleybolçular arasında Azərbaycan çempionatının final qarşılaşmasından əvvəl baş tutan imzalanma mərasimində federasiyanın nümayəndələri də iştirak ediblər.
Memorandumu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili imzalayıb.
Sənəddə iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb.
Bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı