Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi
25 sentyabr 2024 1193
19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Yarışa Moldova ev sahibliyi edəcək. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək “Kişinyov Arena”da keçiriləcək.
Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının tarixləri də açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın U-19 yığması mübarizəyə indiyə qədər əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı raunddan başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı