Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
01 sentyabr 2025 - 17:11 588
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Heyəti təqdim edirik:
Oğlanlar
60 kiloqram
Nihad Məmişov
Fərid Qarayev
66 kiloqram
Məhəmməd Musayev
Nizami İmranov
73 kiloqram
Əbil Yusubov
81 kiloqram
Süleyman Şükürov
90 kiloqram
Aslan Kotsoyev
100 kiloqram
Davud Namazlı
100 kiloqram
Ramazan Əhmədov
Qızlar
48 kiloqram
Fəridə Mirzəyeva
52 kiloqram
Xədicə Qədəşova
Aydan Vəliyeva
78 kiloqram
Nigar Süleymanova
Qarışıq komanda yarışı
63 kiloqram
Nilgün Rzayeva
Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı