Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib
23 iyun 2025 - 17:46 657
Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmə cüdoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib ki, görüşdə iştirak edən ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov idmançılara olan etimadlarını ifadə edib, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıblar. Cüdoçulara, həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, iyunun 26–29-da keçiriləcək qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı