Avropa çempionatında medal qazanan Azərbaycan atıcıları Vətənə qayıdıblar
01 mart 2024 1102
Macarıstanın Dyör şəhərində keçirilmiş güllə atıcılığı üzrə Avropa çempionatında uğurla çıxış edən gənclərdən ibarət Azərbaycan millisi Vətənə dönüb.
İdmançıları Heydər Əliyev Hava Limanında federasiyanın vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev, federasiya rəsmiləri, media nümayəndələri, məşqçilər, atletlər və ümumi işçi kollektivi qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə üç bürünc medal qazanıb. Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv komanda yarışında, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda isə trio yarışında 3-cü yeri tutublar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı


