Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07 sentyabr 2026 - 14:55 462
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Ayxan Mirzəzadə (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan millisi yarışı 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı