Avropa çempionatından Azərbaycana 3 qızıl medal
14 mart 2022 1202
Martın 13-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb. Azərbaycan Güləş Federasiyasından verilən xəbərdə bildirilir ki, qitə birinciliyinin son günündə sərbəst güləş üzrə Azərbaycan millisi daha 3 medal qazanıb.
“Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb – 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Cəbrayıl yarımfinalda türk İsmet Çiftçini üstələyib – 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
“Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib – 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub 6:0. Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib – 14:2. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.
“Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb – 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub – 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb”, – deyə xəbərdə qeyd edilir.
Federasiyanın xəbərinə görə, beləliklə, Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləşçilər 2 qızıl və 1 bürünc medal əldə edib. Bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirildi
Martın 14-də "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. ... Ətraflı
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış ... Ətraflı