Autizm və daun sindromlu idmançıların iştirakı ilə badminton yarışı keçirilib
13 mart 2026 - 14:56 437
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən badminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb.
Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı