Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
12 mart 2026 - 12:42 365
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Komandamız 170 xalla Avropa ikincisi olub. Yığmamız yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb. 170 xal U23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Xatırladaq ki, milli üzvlərindən Ali Tsokayev (92 kq) qızıl, Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı